Авто

Azərbaycanda olan bu avadanlıqdan “Ferrari” və “Lombargini” zavodlarında cəmi 4-5 ədəd var

“Dəqiq Emal Zavodu”nda mövcud olan 41 ədəd unikal yüksək dəqiqliklə detal istehsalı avadanlığından “Ferrari” və “Lombargini” zavodlarında cəmi 4-5 ədəddir”

BAKU.WS-in Fins.az-a istinadla məlumatına görə, bu fikirləri Sumqayıt Texnologiya parkının mətbuat xidmətinin sədri Rəşad Əliyev məlumat verib: 

“Sözügedən “Dəqiq Emal zavodu”nda Roskosmaos-un 2016-cı ildə kosmosa göndərdiyi robotun detalları,” BP-nin “Şahdəniz 1” “Şahdəniz 2” layihəsi üçün xüsusi detallar hazırlanıb. Bu zavod yüksək dəqiqlik tələb edən mexanizmlərin detallarını istehsal edə bilir. Zavodda həmçinin “AZAL”ın təyyarələri üçün müəyyən detalların təmiri və hazırlanması həyata keçirilir”. 

Rəşad Əliyevin sözlərinə görə bu zavodda olan unikal avadanlıqlar vasitəsi ilə nəyinki BMW və Mercedes, istənilən avtomobil markası üçün detal istehsal etmək mümkündür: "Zavoddda mövcud olan avadanlıqların potensialı və irimiqyaslı istehsal həcmi yüksək dəqiqlikli detalların istehsalına imkan verir". 

Rəşad Əliyev fikirlərinin davamında bildirib ki, “Dəqiq Emal Zavodun”da mövcud olan 41 ədəd unikal yüksək dəqiqlikli detal istehsalı avadanlığından “Ferrari” və “Lombargini” zavodlarında cəmi 4-5 ədəddir. 

“Sumqayıt Texnologiya Parkı”nın rəsmisi “Dəqiq Emal zavodu” barədə məlumat verərkən həmiçinin qeyd edib ki, “Dəqiq Emal zavod”u bir məhsulun istehsalı üçün nəzərdə tutulmayıb. Bu zavod sifarişə əsasən istənilən detalın istehsalını həyata keçirmək potensialına malik olduğu üçün çoxşaxəli istehsal üçün nəzərdə tutulub və eyni zamanda istehsalat xətti natamamdır.Bu zavodda istənilən mexanizmin istənilən detalı istehsal oluna bilər”.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей