Общество

İşdən çıxarılan rüşvətxor məmur nazirin qohumu çıxdı

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Qırmızı körpü” gömrük postunun rəisi Rəşad Babayevi tutduğu  vəzifədən azad edib.

Buta.media xəbər verir ki, R. Babayevin vəzifədən azad edilməsinə Azərbaycan vətəndaşı Xanım Şabanova ilə bağlı yaranmış insident səbəb olub. 

Vətəndaşın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişləri tələb olunub. 

Bununla bağlı vəziyyət  araşdırılıb və post rəisi işdən azad olunub.

Unikal.org R.Babayevlə bağlı bəzi məlumatlar əldə  edib.  Belə ki,  "Qırmızı Körpü" gömrük postunun rəisi vəzifəsindən azad olunan Rəşad Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin əmisi  oğludur.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей