Происшествия

Sürücü bir səhvi ilə ana və övladını xəstəxanalıq etdi - Bakıda ağır qəza - VİDEO

Yasamal rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib.

BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında baş verib.

Belə ki, “Qazel” markalı yük maşını geriyə dönmə əməliyyatı etmək istəyib. Bu zaman yük maşını arxadan gələn “Honda” markalı avtomobili gözləmədiyindən ona çırpılıb.

Qəza nəticəsində “Honda”da olan azyaşlı və onun anası, 1989-cu il təvəllüdlü Aysel Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

A.Məmmədovaya sağ qolun əzilmiş yarası diaqnozu qoyulub.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей