Общество

Dünyanın ən gombul terrorçusu hamını heyrətə gətirdi - VİDEO

İŞİD terror təşkilatının liderlərindən biri olan Şəfa əl-Nima adlı terrorbaşı İraqın təhlükəsizlik qüvvələri tərəfindən gizlədildiyi sığınacaqda yaxalanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

İraq təhlükəsizlik qüvvələri tutulan terrorçunun həddən artıq kök olması səbəbindən onu yük maşını ilə aparıb.

Qeyd edək ki, ən gombul terroçu adını qazanmış əl-Nima bir çox alimlər, ruhanilərin edamına və məscidlərin bombalamasına səbəb olan göstərişlər verib.

Şəfa əl-Nimanın bir çox mədəniyyət evləri, o cümlədən Yunis Peyğəmbərin (ə) məzarının yerləşdiyi ziyarətgahın da dağıdılmasına göstəriş verdiyi deyilir.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей