Общество

Bu tarixdən sonra ticarət mərkəzləri açıla bilər - DEPUTAT AÇIQLADI

Xəbər verdiyimiz kimi iyulun 5-də 523 nəfər koronavirusa yoluxub, 451-i isə sağalaraq evə buraxılıb. 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilir.


Sərt karantin rejiminə görə bir çox iaşə obyektləri, eləcə də iri ticarət mərkəzləri bağlıdır. Son iki gündə yoluxanların sayında müşahidə olunan azalma dinamikası davam edərsə iyulun 20-də ticarət mərkəzlərinin fəaliyyətinə yenidən icazə verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, son iki gündə yoluxanların sayında bir azda olsa azalma müşahidə olunur: "Ən sevindirici hal isə gündəlik sağalanların sayı 400-dən çox olmasıdır. Hazırda 16 şəhər və rayonda sərt karantin rejimi tədbiq edilir. Sərt karantin rejiminin müsbət nəticəsi artıq 2 gündür ki, hiss edilir. Yoluxma sayı kəskin artdığına görə iri ticarət mərkəzlərinin və digər içaşə obyektlərinin fəaliyyəti yenidən dayandırıldı. Bu obyektlərin iyulun 20-dən sonra fəaliyyətə başlaması insanlarımızın o vaxta qədər karantin rejiminin qaydalarına necə əməl etməsindən asılı olacaq. Əgər insanlarımız bu məsələdə məsuliyyətlərini anlayaraq qoruyucu tibii maskalardan istifadə edib, sosial məsafəni qoruyarsa və sanitar-gigyenik qaydalara əməl edərlərsə əvvəlki həyatımıza daha tez qayıda bilərik. Əlbəttə növbəti yumşalmalardan sonra ticarət obyektləri və digər müəssisələr daha diqqətli olmalıdır. İri ticarət mərkəzlərinə daxil olan hər kəsin hərarəti ölçülməli, qoruyucu tibbi maskaların istifadəsinə və sosial məsafənin qorunmasına nəzarət edilməlidir. Əlbəttə daha çox ticarət mərkəzlərində fəaliyyət göstərən mağaza sahibləri məsuliyyətlərini artırmalıdırlar. İnsanların ticarət mərkəzlərinə maskasız daxil olmasına icazə verilməməli və mağaza daxilində sosial məsafənin qorunmasına diqqət edilməlidir. Ən önəmlisi isə çalışanlar mütəmadı olaraq koronavirus testindən keçirilməli və sanitar-gigiyenik qaydalara əməl olunmalıdır. Düşünürəm ki, bu cür qaydalar qoyulmaqla iri ticarət mərkəzlərinin işləməsinə icazə vermək olar. Təbii ki, bu cür qərarların verilməsi Operativ Qərargahın səlahiyyətindədir. Əgər iyulun 20-ə kimi yoluxanların sayı azalarsa və sağalanların sayı çoxlarsa Operativ Qərargah mərhələli şəkildə yenidən yumşalmalara gedə bilər. Əlbəttə bu müddət ərzində hər şey insanlarımızdan və qoyulan qaydalara əməl edilməsindən asılı olacaq. Vətəndaşlarımız bu müddət ərzində qaydalara əməl etməli, lazım olmadıqca evdən çıxmamalıdır. İnsanlarımızı da anlayıram. Havalar istiləşdikcə evdə oturmaq çətinləşir. Amma özümüzün, yaxınlarımızın və bütün Azərbaycan vətəndaşının sağlamlığı üçün qoyulan qaydalara əməl etmək hər birimizin borcudur".

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей